Azərbaycanlılar 31 dekabrı qələbə əhval-ruhiyyəsində qeyd edir

Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.

Bizim.Media xatırladır ki, SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı, bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha sübut etdi. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib.

Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Azərbaycanlılar bu bayramı qələbə əhval-ruhiyyəsində qeyd edir. 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-na qədər davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edib, torpaqlarımız işğaldan olunub. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, siyasi iradəsi, xalqın Ali Baş Komandana dəstəyi, ordumuzun sürətli əməliyyatları qələbəni şərtləndirib.

Bu gün region ölkələri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Məşhurlar Röyanın villasında QONAQ OLDULAR - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Misli Premyer Liqasında 6 oyunun HAKİMLƏRİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Ağcabədidəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR/VİDEO

Bu gündən aeroport yolu BAĞLANIR

Bu gündən aeroport yolu BAĞLANIR

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

“Rusiya Ukrayna ilə razılaşmaq istəyir və Zelenski artıq qərar verməlidir” - Tramp

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - AÇIQLAMA

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

Prezident: “İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm” - VİDEO

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

Nadir 55 yaşını QEYD ETDİ: “Ruhən cavanam, enerjiliyəm” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İlham Əliyev: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq” - VİDEO

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

İngiltərədə yanvarın ƏN YAXŞI məşqçisi seçildi

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident: “Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir”

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

Prezident şərti AÇIQLADI: Bu halda sülh müqaviləsi imzalanacaq - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

İlham Əliyev: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” - VİDEO

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

“Milan”dan Luka Modriç QƏRARI

“Milan”dan Luka Modriç QƏRARI

End of content

No more pages to load

RADİO