“Azərbaycan ərazisi seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz” – Fransaya XƏBƏRDARLIQ

"Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfərini Azərbaycan ictimaiyyəti dərin təəssüf hissi ilə qarşıladı. Siyasi təxribat xarakteri daşıyan bu addım Azərbaycan-Fransa münasibətlərinin ruhuna, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərinə tamamilə ziddir".

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasınsa çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransanın Vətən müharibəsi dövründə tutduğu mövqe ATƏT-in Minsk Qrupunun həmsədri kimi vacib bir missiyanı üzərinə götürmüş bu ölkənin tərəfsizliyinə əsaslı şübhələr yaratmışdı.

"Son dövrlərdə qarşılıqlı münasibətlərdə etimadın bərpa olunmasına yönəlmiş bəzi təşəbbüslərin şahidi olduq. Fransa hökuməti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək istəyini bəyan etdi. Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüş təşkil olundu. Bu addımlar Fransanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasında iştirak etmək cəhdləri kimi qiymətləndirilir. Lakin Valeri Perkesin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmunu ilə heç cür uyğun gəlmir" - deyə deputat qeyd edib.

O əlavə edib ki, bu gizli və qanunsuz səfər Fransanın müəyyən siyasi dairələrində də təəssüflə qarşılanıb:

"Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber xüsusi bəyanatla çıxış edərək, Fransa və onun nümayəndələrini davamlı sülh naminə beynəlxalq hüququn elementar normalarına hörmət etməyə, qərəzsiz davranmağa çağırıb.

Biz seçki kampaniyasında namizədlərin müəyyən taktiki gedişlərə müraciət etmək məcburiyyətini anlayışla qarşılaya bilərik.

Lakin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüququn fundamental prinsipləri heç bir halda seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz. Bu, həmin namizəd tərəfindən ilk növbədə öz ölkəsinə, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

End of content

No more pages to load

RADİO