Prezident AZƏRTAC-ın yeni binası ilə tanış oldu - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.

Bildirilib ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.

Hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. 
İnformasiya məkanında yeni çağırışlara adekvat cavab vermək üçün müasir texnika və avadanlıqlarla təchizat vacibdir. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilib.

Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıb.

İstirahət və bayram günləri də daxil olmaqla fasiləsiz rejimdə fəaliyyət göstərən AZƏRTAC-ın yeni binasının ayrıca transformator məntəqəsi, fövqəladə hallarda elektrik ehtiyacını ödəyən dizel generator stansiyası vardır. Müasir qazanxana sistemi binanın bütün fəsillərə uyğun mərkəzləşdirilimiş qaydada havalandırılmasını təmin edir. Binanın zirzəmi qatında və həyətində 60 avtomobil üçün dayanacaq yaradılıb, ərazi abadlaşdırılıb və yaşıllaşdırılıb, ətraf küçəyə asfalt döşənib.

Hazırda 7 regional və beynəlxalq media təşkilatının üzvü olan AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. 
AZƏRTAC-ın yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev “Əməkdaşlara salam deyin” deyib. Aslan Aslanov cavabında “Hamısının Sizə salamları var” deyib.

***09:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - VİDEO

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma - Xəsarət alan var

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

İki avtobusun toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

End of content

No more pages to load

RADİO