“Artsax”da (Qarabağda qondarma rejim nəzərdə tutulur) yerləşən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin döyüş mövqelərindən erməni bayraqları (həm “Artsax”ın, həm də Ermənistanın) endirilib.
Bizim.Media xəbər verir ki, məlumatı yoxlamaq üçün arcakh24.info xəbər saytının əməkdaşları Şuşa şəhəri yaxınlığında erməni hərbi mövqelərinə baxış keçirib, nəticədə göstərilən hərbi mövqelərdə heç bir erməni bayraqlarının olmadığı təsdiqlənib.
Bəzi informasiyalara görə, noyabrın 26-da Soçidə keçirilən görüşdən sonra Azərbaycan tərəfi bayraqların endirilməsi ilə bağlı şərt qoyub. Əks halda erməni mövqelərini atəşə tutacağını deyib.
Bizim.Media