Mir Cəfər Bağırov 2005-ci ildə Hindistanda ölüb – Vicdanına minlərlə QƏTL yazılan RƏHBƏR

88 il öncə, 1933- cü ilin 10 dekabrında Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib. 

Bizim.Media olaraq Azərbaycan tarixinin ən qalmaqallı şəxslərindən olan Mir Cəfər haqqında maraqlı faktlar toplayıb. 

Mir Cəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin ediblər. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edib. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənib.

Mir Cəfər Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlib.

1926-cı ildə Mariya vəfat edib. Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurub. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlib.

Bağırov Quba qəzasının valisi Əli Zizikskinin yanında müavin kimi işlədiyi dönəmlərdə daşnaklara qarşı döyüşüb. 

Böyük bacısının nəvəsi Məmmədtağı Bağırov deyir ki, o dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalıların içərisində Üzeyir Hacıbəyov, Mikayıl Rəfili olub: 

“Əgər Hüseyn Cavid Müsavat Partiyasının üzvü olsaydı, onu güllələyəcəkdilər. Müsavat Partiyasının üzvü olmayıb. İttihamda onun Müsavat Partiyasına rəğbət bəslədiyi qeyd olunub. Bu səbəbdən sürgün edilib. Ancaq Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub, 1937-ci ilə qədər onu qoruyub. Mən sənədlərə istinad edirəm. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus idi. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir. Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib”.

Deyilənə görə, Bağrovun sonradan təəssüfləndiyi güllələnmələrdən biri Mikayıl Müşfiqin ölümü olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib:

“O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı.”

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər. Ona 10 gün ev dustaqlığı veriblər. Bağırov böyük oğlunu çox sevib. Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub.

Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Cahangir yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedir. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün təyyarəsini alman təyyarəsinə çırpıb. Həzi Aslanovun köməkliyi ilə onun oğlunun tabutu Bakıya göndərilib. Əslində, tabutun içərisində heç nə olmayıb. Yazılıb ki, bunu açmaq olmaz. Yasamal qəbiristanlığında dəfn mərasimi olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır. 

Bağırovun ikinci evlilikdən olan oğlu Cen professor, elmlər doktoru olub. 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə onun bir oğlu olub, adını Mir Cəfər qoyub. Mir Cəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdəykən velosipeddə qəza nəticəsində həlak olub.

Mircəfər Bağırovun ilk sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub. O, 3 dəfə ərdə olsa da, Bağırova heç vaxt "hə" cavabı verməyib.

Buna görə, Bağırov onu həbs etdirib və sonuncu dəfə "hə" cavabını almaq istəyib. Bu dəfə də “yox” söyləyən Qayıbovanı güllələyəndən sonra hər kəsin qarşısında hönkür-hönkür ağlayıb.

"Dağlar qızı Reyhan" mahnısının real qəhrəmanı Reyhan adlı xanım olub. 1918-ci ilin mart soyqırımlarında toy günü onun həyat yoldaşı ermənilər tərəfindən öldürülür, özü isə zorlanmasın deyə ayaqyoluna girib üstünə nəcis yaxıb və qurtula bilib. Başına dəstə toplayaraq Qubada Gəlinqaya adlı yerdə erməniləri darmadağın edib. Sonradan 1928-ci ildə antisovet damğası vurularaq, güllələnməyə göndərilərkən Mir Cəfər Bağırov onu müdafiə edib. Adı və soyadı dəyişdirilən Reyhan xanım Krıma monastra yerləşdirilib.

Bağırov 1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunub. Məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilib və rəsmi məlumata görə hökm yerinə yetirilib. 

Şahidlərin sözlərinə görə, Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur; müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyib. Məhkəmə heyəti Bağırova icazə verib. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkib. 

Mayın 5-də hökm icra olunur və Mir Cəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunub. Onun bacısı nəvəsinin sözlərinə görə, sonradan Bağırovun məzarındakı qalıqlar toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

Fransız müxbirin erməni separatçıları ilə bağlı sualına Prezidentdən TARİXİ CAVAB – VİDEO

“Mingəçevirdən çıxmışam, baxın, indi haralardayam” – Nigar Mirzəliyeva ilə MÜSAHİBƏ

“Mingəçevirdən çıxmışam, baxın, indi haralardayam” – Nigar Mirzəliyeva ilə MÜSAHİBƏ

Valentin həqiqətən müqəddəs olub? – Tarixə sevənlər günü kimi düşən bayramın ƏSL MAHİYYƏTİ

Valentin həqiqətən müqəddəs olub? – Tarixə sevənlər günü kimi düşən bayramın ƏSL MAHİYYƏTİ

ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15-i axşam saatlarında BAŞLAYACAQ

ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15-i axşam saatlarında BAŞLAYACAQ

Əli Əsədov məzuniyyətə ÇIXDI

Əli Əsədov məzuniyyətə ÇIXDI

“Milan” səfərdə belə qalib gəldi - VİDEO

“Milan” səfərdə belə qalib gəldi - VİDEO

Enerji böhranı yaşayan Kubaya növbəti AĞIR ZƏRBƏ – VİDEO

Enerji böhranı yaşayan Kubaya növbəti AĞIR ZƏRBƏ – VİDEO

Gündüz yatıb, gecə oyaq qalanlara XƏBƏRDARLIQ – Bu qorxunc xəstəliyin əlamətidir

Gündüz yatıb, gecə oyaq qalanlara XƏBƏRDARLIQ – Bu qorxunc xəstəliyin əlamətidir

Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

Qusarda Ukrayna vətəndaşının meyiti tapıldı – ÖZƏL

14 illik övlad həsrətinə qonşulardan xoş sürpriz – VİDEO

14 illik övlad həsrətinə qonşulardan xoş sürpriz – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

End of content

No more pages to load

RADİO