Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsa təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, Prezident O. Şoltsu Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək ən xoş arzularını yetirib.
“Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”, - məktubda qeyd olunur.
Prezident sonda Olaf Şoltsa cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.
Bizim.Media