Bu gün müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Rusiyanın paytaxtı Moskvaya gedib.
Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, N.Osmanov hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasına qatılacaq.
Qeyd edək ki, səfər dekabrın 9-dək davam edəcək.
Bizim.Media