Siyasi cameənin “ÖLÜ CANLARI” – Hansı partiyalar ləğv olunacaq? - ARAŞDIRMA

Güclü ölkənin və demokratiyanın formalaşdırılmasında siyasi partiyaların rolu böyükdür. Təsadüfi deyil ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Amma Azərbaycanda məhdud şəkildə və ya aktif fəaliyyəti ilə seçilməyən xeyli sayda siyasi partiyalar var. 

“Ölü canlar...”

Ədliyyə Nazirliyinin məlumatına görə indiyə qədər Azərbaycanda 62 siyasi partiya, son bir il ərzində isə 7 partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyalar arasında aktiv fəaliyyəti ilə seçilənlər az saydadır. Çoxluğun isə özləri yox, sadəcə adları var... 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Əksəriyyətinin isə ümumiyyətlə fəaliyyəti yoxdur. Onların nəinki rəhbərsizdirlər, həmçinin siyasi cameədə fəaliyyətdən kənar, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etməyən “ölü canlardır”.

Belə partiyalar nə qurultaylar keçirir, nə rəhbər orqanları seçir, nə vaxtı-vaxtında maliyyə hesabatlarını təqdim edir, nə də seçkilərə qatılırlar. 

Məsələn, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarının adlarını bu sırada çəkə bilərik. Maraqlıdır ki, xalqın dəstək vermədiyi bu passiv və fəaliyyətsiz partiyalar  təbii şəkildə də sıradan çıxmırlar. 

Amma rəsmi qurumlar tərəfindən bir neçə dəfə bu cür fəaliyyətsiz partiyaların qeydiyyatının ləğv olunması məsələsi gündəmə gəlib və müvafiq tədbirlərin görüldüyü açıqlanıb. 

Ən aktiv fəaliyyəti olan partiyalar...

Aktiv siyasi fəaliyyəti ilə fərqlənən partiyalar arasında  Yeni Azərbaycan Partiyasının (YAP) adını ilk sırada çəkmək olar. YAP 2003, 2008, 2013 və 2018-ci illərdə prezident, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament, eləcə də müvafiq dövrlərdə baş tutan bələdiyyə seçkilərində qalib gəlib. 

Əlbəttə ki, aktiv fəaliyyəti ilə fərqlənən və parlamentdə təmsil olunan yeganə partiya YAP deyil. Milli Məclisdə müxtəlif zamanlarlarda mandat alan partiyalar arasında Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (Qüdrət Həsənquliyev), Ana Vətən Partiyası (Fəzail Ağamalı), Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı), Vətəndaş Birliyi Partiyası (Sabir Hacıyev), Ümid Partiyası (İqbal Ağazadə), Azərbaycan Sosial Rifah Partiyası (Xanhüseyn Kazımlı), Ədalət Partiyası (İlyas İsmayılov), Milli Cəbhə Partiyası (Razi Nurullayev) da yer alıb. 

Hansı partiyalar ləğv olunacaq?

Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası, Ümid partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ağ Partiya müəyyən kəsim və çevrə üçün aktiv təşkilatlar sayılır.

Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası və digərlərinin siyasi qurum kimi fəaliyyəti gözə çarpmır.

Ləğvi gündəmə gələn Yeni Zaman Partiyası, Aydınlar Partiyası, “Birlik” Partiyası , Azərbaycan Tərəqqi Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, “Qorqud” Partiyası və Vətəndaş Birliyi Partiyalarının yalnız nizamnaməsi və sədrləri haqqında məlumatları olsa da, onların fəaliyyətləri ümumiyyətlə gözə dəymir. Dünyanın bir çox ölkəsində iki il belə “fəaliyyət” göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Azərbaycanda da Ədliyyə Nazirliyi tərəfindən fəaliyyəti olmayan təşkilatların qeydiyyatının ləğv olunacağı bildirilmişdi. 

Yazımızda qeyd etdiyimiz partiyaların mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəilabadda sel təhlükəsi – FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

End of content

No more pages to load

RADİO