Heydər Əliyev Fondu ilə UNICEF arasında MEMORANDUM imzalandı - FOTO

Bu gün Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, memorandum 2025-ci ilin sonunadək  Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyev Fondu Şuşada daha bir layihəyə start verdi - VİDEO


Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)“ layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib.

Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə “Uşaq Dost Mərkəzləri”nin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.

Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.

Xatırladaq ki, BMT-nın Uşaq Fondu (UNICEF)  ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəilabadda sel təhlükəsi – FOTO

Cəilabadda sel təhlükəsi – FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Londonda küçəni Ramazan bayramı üçün belə bəzədilər - FOTO

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Ermənistanın xarici işlər nazirinin müavini azərbaycanlılarla görüşdü

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Azərbaycanda 18 hotelin ulduzu ləğv olunub

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

Rəsmi servisdən "Changan" aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

Ağlayaraq efirdən GETDİ – VİDEO

Ağlayaraq efirdən GETDİ – VİDEO

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq - Video

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Münxendə Bolqarıstan prezidenti ilə görüşüb - FOTO

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

“Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a qarşı

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

Əksər qəbiristanlıqda rast gəlinir – Onlara toxunmaq olarmı?

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

SON DƏQİQƏ! Rusiya və Ukrayna bu məsələdə RAZILIĞA GƏLDİLƏR

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Sevgililər gününün qoroskopu — Gələcəklə bağlı mühüm qərarlar verməli olacaqsınız

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

Maduronu ələ keçirmək üçün süni intellektdən İSTİFADƏ EDİBLƏR

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

İlham Əliyev Armin Laşetlə GÖRÜŞDÜ – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

Əsəblərinizi müalicə etmək üçün bahalı dərmanlara pul tökməyin – Bu tərəvəzi yeyin!

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

ADY-dən sərnişinlərə maraqlı hədiyyə - FOTO

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Biləsuvarda transformator partladı, rayonun bir hissəsi İŞIQSIZ QALDI

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Naxçıvanda dəm qazı FACİƏSİ – Bir ailənin altı üzvü...

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Dünyanın ən gözəl pişiyi “EVLƏNİR” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

End of content

No more pages to load

RADİO