Şərhinin əvvəlində “Siyasi analitika məntiq və hədəflərə nail olmaq üzərində qurulub” yazan eks xarici işlər naziri Tofiq Zülfüqarov özünün “Facebook” hesabında Ermənistanın konfrontasiya (qarşıdurma) yolunu seçdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tofiq Zülfüqarov fikrini təsdiqləmək üçün tezislər gətirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL
1. Qarabağda “Miatsum” siyasətinin yeni formada davam etdiriləcəyi elan olunub
2. Anklavlardan işğalçı qoşunları çıxartmaqdan imtina
3. Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiyaların açılması öhdəliyindən boyun qaçırtmaq
4. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan zonadan separatçı silahlıları çıxartmamaq
5. Kapitulyasiyanın şərtlərini yerinə yetirməmək
Beynəlxalq əlaqələrdəki adətlərə görə, bu, “Casus belli”dir (savaş bəhanəsi). Belə deyək, hərbi fəaliyyətlərin bərpa olunması üçün səbəbdir. Yəni – Zəngəzur bizimdir”.
Bizim.Media