Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələ daxil edilib.
Müzakirə olunası məsələlər sırasında “2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), “2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş), Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş) və digərləri yer alır.
Vüsalə Balayeva, Bizim.Media