“Bütün il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılmasında və kommunikasiyaların açılmasında maksimum konstruktivlik nümayiş etdirib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.
“Biz bir neçə dəfə bildirmişik ki, təcili delimitasiya prosesinə başlamağa hazırıq. Üstəlik, biz açıq şəkildə erməni tərəfinə təklif etdik ki, sülh müqaviləsi üzərində işə başlasın, bir-birinin ərazi bütövlüyünü tanısın və gələcəkdə qonşu kimi yaşasın, yeni qonşu kimi yaşamağı öyrənsin”, deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bizim.Media