Soçidə Rusiya lideri ilə görüş zamanı Prezident İlham Əliyev sülhməramlıların 1 illik fəaliyyətinə də münasibət bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, ciddi toqquşmalar yaşanmayıb:
“Amma insidentlər olub. Bu da sistem böhranı ilə əlaqədardır. Azərbaycan-Ermənistan sərhədində döyüşlər baş verib. Lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil”.
Bizim.Media xəbər verir ki, bu sözlərin davamında Prezident İlham Əliyev üçtərəfli formatda risklərin idarə olunması yollarını tapmağın vacib olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan əlaqələrinin nizamlanması istiqamətində də işləmək lazımdır.
Videonu təqdim edirik:
Bizim.Media