“Türk dünyasının Ali ordenini aldığım üçün böyük qürur hissi keçirirəm”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
“Təbii ki, eyni zamanda özümü böyük məsuliyyət altında hiss edirəm”, - dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali ordeni təqdim edilib.
Bizim.Media