Türkiyədə Türkdilli dövlətlərin səkkizinci Zirvə görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, sammit İstanbulun “Demokratiya və Azadlıq” adasında keçirilir.
Tədbirdə Azərbaycan Prezident İlham Əliyev də iştirak edir.
Həmçinin Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, müşahidəçi ölkə Türkmənistanın dövlət rəhbəri Qurbanqulu Berdimuhamədov və müşahidəçi Macarıstanın baş naziri Viktor Orban da iştirakçılar sırasındadırlar.
Toplantıda Rəcəb Tayyib Ərdoğan çıxış edir.
Bizim.Media