Rus sülhməramlılarının YENİ PLANI - Qarabağda nə tikirlər və kimə tikirlər?

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti vaxtaşırı olaraq tənqid hədəfinə çevilir. Xüsusilə də, rus hərbçilərin təyinatlarına uyğun fəaliyyətlə məşğul olmaq yerinə, sosial tədbirlərə daha çox yer verməsi bəzi sualların meydana çıxmasına səbəb olub.

Belə ki, sülhməramlılar fəaliyyətə başladıqları ilk günlərdən etibarən Qarabağın ermənilər yaşayan hissəsində sosial proyektlər həyata keçirməyə başlayıblar. 
 

İlk olaraq ötən ilin dekabrında və bu ilin martında rus hərbçilər tərəfindən modul tipli şəhərciklər salınıb.


Təbii ki, 10 noyabr bəyanatına əsasən 5 il müddətində bölgədə sülhü təmin etmək məsuliyyətini öz üzərinə götürən sülhməramlı kontingentin öz yaşayışları üçün normal şərait yaradılması başadüşülən idi. Laki sonradan rusların tikinti sevdası erməni əhalinin sosial rifahının yüksəlməsinə xidmət etməyə başladı.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı rus sülhməramlıların komandanı DƏYİŞİR – Kosobokovu o əvəzləyəcək - FOTO


Belə ki, Qarabağa gəlişlərinin 1 ayı tamam olmamış, dekabrın 16-da Rusiya sülhməramlılarının erməni əhali üçün evlərin tikilməsinə yardım etməsi xəbəri mətbuatda yayılmağa başladı.

Sonrakı dövrdə sülhməramlılar məktəb tikintisində də fəal iştirak etdilər. Bu ilin sentyabrında isə, rus hərbi kontingentinin keçmiş Ağdərə rayonu ərazisində Xankəndinin su ilə təmin olunması üçün anbarın tikintisinə start vermələri xəbəri geniş əks-səda doğurdu.
 

İndi isə Noyabrın 10-da Rusiyanın “TASS” informasiya agentiliyində dərc olunan xəbərə görə, Qarabağdakı Rusiya sülhməramlıları Xankəndi yaxınlığında provaslav kilsəsi inşa edib.


Eyni gündə, Rusiya sülhməramlıları tərəfindən Xocalı rayonu ərazisində 10 rus məşhurun heykəli də qoyulub.

Rusların tikinti canfəşanlığının səbəbləri

“Rusiya sülhməramlılarının bu cür addımlar atmaqda məqsədi nədir?” sualına cavab olaraq isə ekspertlər tərəfindən bir sıra ehtimallar irəli sürülür:

1. Qarabağda yaşayan ermənilərin həyat şəraitini yaxşılaşdırmaqla onların rəğbətini qazanmaq.

Qarabağda reallaşdırılan su anbarı, evlərin tikintisi kimi layihələr birbaşa erməni əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Bununla ruslar Qarabağdan qaçan ermənilərin geri qayıtması üçün münbit mühit yaratmağa çalışırlar.

Çünki işğal dönəmində səfil həyatı yaşayan və 30 il ərzində bu səbəbdən bölgəni tərk edən ermənilərin sayı kifayət qədər idi. Müharibə dövründə isə, qaçanların siyahısı daha da qabardı. Lakin onlar Ermənistanda öz soydaşları tərəfindən də xoş qarşılanmadılar və Qarabağda görülən işlər ermənilərin geri qayıtması ehtimallarını artırır. 
 

Bu amil, eyni zamanda bölgədə erməni əhalisinin həm ruslara rəğbətinin artması, həm də sülhməramlıların daha uzun müddət Qarabağda qalmaq məqsədlərinə xidmət edir.


2. Bölgədə gücünü nümayiş etdirmək istəyi.

Digər tərəfdən, Xankəndi yaxınlığında inşa olunan pravoslav kilsəsinin və Xocalıdakı hekəllərin ermənilərlə hər hansı əlaqəsinin olmadığını da qeyd etməkdə fayda var. Çünki ermənilər pravoslav yox, qriqoryandırlar. Bir sözlə, kilsə sırf rus sülhməramlıların ibadəti üçün nəzərdə tutulub. Eyni zamanda rus məşhurlarına qoyulan heykəllər bu ehtimalı daha da gücləndirir.

Bu isə, bəzi ekspertlər tərəfindən rusların 10 noyabr bəyanatında nəzərdə tutulan 5 ildən daha artıq müddətə bölgədə qalmaq niyyətlərinin əyani sübutu kimi qiymətləndirilir.

Lakin rus sülhməramlılarının bu niyyətinin reallığa dönüşməsi o qədər də böyük ehtimal deyil.
 

Çünki istər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan ermənilər mütəmadi olaraq sülhməramlılarının fəaliyyətsizliyindən narazılıqlarını dilə gətirirlər.


Bundan əlavə, rus hərbçilərinin Azərbaycan ərazisində bu cür tikinti proyektlərinə imza atması qəbulolunmaz bir haldır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi

Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi

End of content

No more pages to load

RADİO