Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov bu gün Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Bizim.Media-nın məlumatına görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.
XİN başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bizim.Media