Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın 11-də İstanbulda keçirilən toplantısında çıxış edib.
Bizim.Media xəbər verir ki, Türkiyənin XİN başçısı noyabrın 8-də Azərbaycanın Zəfər Gününü qeyd etdiyini diqqətə çatdırıb.
“Böyük qırğız yazıçısı Çingiz Aytamatovun dediyi kimi, bu, əsrə bərabər gün idi. Bu tarix əsrə bərabər gündür. Azərbaycanın zəfəri bölgəmizdə rifahın, sabitliyin yolunu açdı. Qardaş Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm”, - deyə Çavuşoğlu bildirib.
Bizim.Media