MDB Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 12-də videokonfrans formatında keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu MDB-nin İcraiyyə Komitəsi açıqlayıb.
Hökumət başçılarının MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqları, dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı mövzuları müzakirə edəcəkləri gözlənilir.
Bundan başqa, MDB Hökumət Başçıları Şurasının növbəti iclasının keçirilmə vaxtı və yerinin müəyyənləşdirilməsi gözlənilir.
İclasda 2022-ci ildə tədbirlərin keçirilməsi üzrə plan layihəsi təsdiqlənəcək.
Bizim.Media