Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.
Bizim.Media