İlham Əliyev özbəkistanlı həmkarına ZƏNG ETDİ

Bu gün Prezident İlham Əliyev inauqurasiya günü ərəfəsində özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, söhbətin əvvəlində Azərbaycan Prezidenti Özbəkistan dövlətinin başçısını ölkə Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edib, özbək xalqının əmin-amanlığının və firavanlığının təmin edilməsi işində ona uğurlar arzulayıb.
 

Özbəkistan lideri də öz növbəsində dövlət başçısını və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, sülh və tərəqqi arzularını çatdırıb. Dövlət başçısı təbrikə görə təşəkkürünü bildirib.


Söhbət zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin və çoxplanlı əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri müzakirə edilib.

Dövlət başçıları qarşılıqlı ticarət göstəricilərinin və iqtisadiyyatın müxtəlif sahələrində müştərək layihələrin sayının artmasının davamlı dinamikasını məmnunluqla qeyd ediblər.

Uğurlu kooperasiya nümunələri kimi bu il Hacıqabul şəhərində avtomobillər istehsalına başlanması, kənd təsərrüfatı və ipəkçilik sahəsində layihələr qeyd edilib.

Bildirilib ki, gələn ay Bakı şəhərində Özbəkistanın milli sənaye sərgisi keçiriləcək. Hökümətlərarası komissiyanın və İşgüzar Şuranın növbəti iclaslarına hazırlıq gedir.
 

Nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən paytaxtlar arasında aviasiya reyslərinin bərpası məsələləri də nəzərdən keçirilib.


Özbəkistan və Azərbaycan ərazisində müntəzəm olaraq birgə mədəni-humanitar tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Prezidentlər regional qarşılıqlı fəaliyyətin ən mühüm aspektləri, o cümlədən Türk Şurasının qarşıdakı Zirvə görüşünün gündəliyi barədə fikir mübadiləsi aparıblar. Yüksək səviyyədə görüşlərin qrafiki nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Zelenski: “Müharibəni bu il ərzində başa çatdırmağa ümid edirik”

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

Sevgililər Günü bu ölkələrdə keçirilmir: Niyə QƏTİ QADAĞANDIR?

End of content

No more pages to load

RADİO