Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun Azərbaycan səfəri davam edir.
Bizim.Media xəbər verir ki, eks-prezident “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gəlib.
Ötən gün Prezident İlham Əliyevlə görüşən Yuşşenko daha sonra “Ukrayna mərkəzi”nin işi ilə tanış olub.
Ukraynalı siyasətçi “Facebook” hesabında hər bir azərbaycanlının qürur yeri - İkinci Qarabağ müharibəsində qələbənin ayrılmaz rəmzi olan "Hərbi Qənimətlər Parkı"nı ziyarət etdiyini açıqlayıb.
Bizim.Media