Fransa ATƏT-in Minsk qrupunun həmsədrini dəyişib.
Bizim.Media xəbər verir ki, məlumatı Fransanın Ermənistandakı səfirliyi təsdiqləyib.
Bris Rokfeil 2016-cı ilin oktyabr ayından Minsk Qrupunun həmsədri olan Stefan Viskontinin yerinə vəzifəsinin icrasına başlayıb.
Rokfeyl bu təyinata qədər Fransanın Özbəkistandakı səfiri vəzifəsində çalışıb. O, həmçinin Fransanın Panamadakı diplomatik missiyasına rəhbərlik edib və Rio-de-Janeyroda baş konsul olub.
Yeni həmsədr 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.
Bizim.Media