Liderlər niyə Moskvada yox, Soçidə görüşəcək? - "Qarabağdakı separatçıların sonu çatıb"

3-cü üçtərəfli görüş Soçidə baş tutacaq deyə Rusiya mətbuatı xəbər yayıb. Putin görüş yerini niyə Moskvadan uzqlaşdırdı? 

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə görüşəcəkləri barədə informasiya, görünür, müəyyən qədər reallığı əks etdirir" deyən politoloq Məhəmməd Əsədullazadə görüşün niyə məhz Soçidə keçiriləcəyindən də danışıb.

Bizim.Media-ya açıqlamasında politoloq bildirib ki, buna qədər Rusiya lideri Putin regional məsələləri əsasən Soçidə müzakirə edib. 

Belə ki, bundan əvvəl İsrailin baş naziri, Türkiyə prezidenti ilə də Soçi görüşlərini xatırlatmaq olar:

"Bundan əlavə, Soçidə dəfələrlə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin də görüşü olub. Yəni, üçtərəfli görüşün Moskvada yox, Soçidə keçirilməsində başqa ciddi səbəb görmürəm".

Bu görüşdə əsas müzakirə mövzusu nə olacaq? Bu görüşdən sonra demək olarmı ki, bölgədə müharibə təhlükəsi yığışdırılacaq? Və tərəfləri qane edən Sülh müqaviləsi imzalana bilərmi?

"Görüşdə 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsi, sərhədlərin delimitasiya, demarkasiya prosesi, Zəngəzur dəhlizi, bir də Azərbaycan üçün əsas vacib olan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin ləğvi məsələsi masaya yatırılacaq. Düşünürəm ki, delimitasiya və demarkasiya peosesində tərəflər müəyyən qədər razılığa gələ bilərlər. Çünki Rusiya prezidenti də bu məsələdə vasitəçi olduğunu və xəritələrin mövcudluğunu qeyd edib. Amma görüşdə sülh müqaviləsinin imzalanması reallaşmayacaq. Sülh müqaviləsinin imzalanması üçün əvvəlcə yerdə qalan problemlər həll olunmalıdır. Bu səbəbdən, yalnız detallar müzakirə ediləcək və sülhə aparan müəyyən öhdəliklər var ki, onlar yerinə yetirilməlidir".
 

Məhəmməd Əsədullazadə Baş nazir müavinlərindən ibarət birgə komissiyanın da sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması istiqamətində çalışdığını yada salıb.


Həmçinin bu çərçivədə müəyyən razılaşma olmasaydı, liderlərin görüşünə ehtiyac yaranmazdı:

"Soçidə sərhədlərin delimitasiyası ilə bağlı müəyyən sənəd imzalana bilər. Lakin sülh müqaviləsinin bağlanması hələ uzaqdadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

End of content

No more pages to load

RADİO