Gela Vasadze: “Cənubi Qafqazda baş verənlər qaçılmaz tarixi hadisələrdir” – ÖZƏL MÜSAHİBƏ 

44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbə Cənubi Qafqazda proseslərin məcrasını dəyişirdi və hərəkətlilik davamlı olaraq artmaqdadır.  

Hazırda regionda bəlli dəyişikliklər fonunda yeni formatların tətbiqi də müzakirə mövzusudur. Bunlardan biri də Türkiyə, Rusiya, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın iştirak edə biləcəyi “3+3” formatının reallaşmasıdır. 3+3 prinsipi, xüsusilə, münaqişədən sonrakı regional ssenarinin formalaşdırılmasında çox təsirli ola bilər. Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında verdiyi bəyanatları, Prezident İlham Əliyevlə Zəngəzur dəhlizinin təməlinin qoyuması bəzi siyasi qüvvələrin aktivləşməsinə gətirib çıxarıb. 

İranın Azərbaycana qarşı başlatdığı təhdid kampaniyasında nisbətən geri addım atması, Putinin MDB və “Valday” çıxışları, Paşinyanın erməni cəmiyyətində sülh həzm etdirmə cəhdləri bunu təsdiqləyir. 

Bəs, Gürcüstan “3+3” formatında iştirak məsələsini necə dəyərləndirir?

Gürcüstanın “Azad zona” qeyri-hökumət təşkilatının sədri, vaxtilə B. İvanaşvilinin müşaviri olmuş, politoloq Gela Vasadze Bizim.Media-ya özəl müsahibəsində bir çox gizli və eyni zamanda da maraqlı məqamlara toxunub. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Vasadze, Cənubi Qafqaz regionundakı son gəlişmələri necə dəyərləndirirsiniz?

- Bu gün regionda çox hadisələr baş verib. Deyim ki, bu hadisələr bir-birinin ardınca çox sürətli şəkildə baş verib. Ümumilikdə götürsək regionda baş verən hər bir proses  canlı və dinamikdir. 

- Qarabğda, Füzuli Beynəlxalq Aerioportunun Türkiyə prezidenti Ərdoğanın iştirakı ilə açılışı Zəngəzur dəhlizinin əsasının qoyulması kimi də dəyərləndirilir. Buna belə qiymət vermək olarmı ki, yavaş-yavaş dinc eraya qədəm qoyuruq və pirotitetlər dəyişir?

- Məncə, regionda sülh şəraitindən danışmaq hələ ki, tezdir. Mən düşünürəm ki, nə qədər ki, Rusiya hərbçiləri Qafqazdadır, burada sülh olmayacaq. Düzdür, bütün hadisələr, o cümlədən Füzuli hava limanının və  Zəngəzur dəhlizinin açılışı Rusiyanın Cənubi Qafqazda hərbi gücünün azalması kontekstində nəzərdən keçirilməlidir. Lakin bu, çox uzun və çətin prosesdir, lakin qaçılmaz tarixi hadisədir.

- Ermənistanda son zamanlar Paşinyanın öz dili ilə də açıq etiraflar edilir və komunikasiya xətlərinin fəaliyyətə başlaması həm də İrəvanın təhlükəsizlik qarantı kimi görülür. Bu İrəvanda hər hansı gərginliklə müşahidə olunacaqmı?

- Bütün kommunikasiyaların açılması təbii ki, Ermənistanda təhlükəsizlik səviyyəsini yüksəldə bilər. Bunun üçün də qonşular arasında əsas dincliyin hökm sürməsidir. Şünki təhlükəsizliyə aparan yeganə yol sülh və qonşularla mehriban qonşuluq münasibətləridir. Ancaq çox təəssüf ki, hazırda regionun təhlükəsizliyini yalnız Rusiya qoşunları tərəfindən təmin edilir. Bu da bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxarır. Biz Rusiya qoşunlarının sülhü regionda necə “qoruması”nın dəfələrlə şahidi olmuşuq.

- Gürcüstanda bəs necə, indi demək olar ki, bu ölkənin başı öz daxili problemlərinə qarışıb. Saakaşvilinin Vətənə dönüşü bu gərginliyi daha da artırıb. Gürcüstan bu vəziyyətdə bölgənin əsas probleminin həlli üçün hansı məsafədə dayanacaq?

- Mən düşünürəm ki, regionun əsas problemi Rusiyanın varlığıdır. Çətin ki, Gürcüstan bu problemi təkbaşına həll edə bilsin. Bunun üçün regiondakı bütün ölkələrin və digər oyunçuların səyləri də tələb olunacaq. 

- Bütün bunların fonunda "3+3" formatının reallaşımasını necə görürsünüz?

-  Mən düşünürəm ki, “3+3” formatı reallaşmayacaq. Sözsüz ki, bu mənim şəxsi fikrimdir. Səbəbini də izah edim: Mənim fikrimcə, bu formatın işə düşməsini yalnız İran və Rusiya istəyir. Digər dövlətlər isə bunda maraqlı tərəf deyillər. 

- Cənab Vasadze, bəs, Gürcüstan bu formata bir qədər soyuq yanaşması nə ilə bağlıdır?

- Yəqin ki, siz burada anlayırsız ki, mən hansı cavabı verəcəm. Biz Rusiyanın iştirak etdiyi heç bir işdə özümüzü görmürük.

- Sizcə, İran bu formatın baş tutmasında maraqlıdırmı?

- Bəli, yuxarıda da qeyd etdiyim kimi, İranın burada öz böyük maraqları var. Çünki bu, onun üçün regionun işlərində tam iştirak etmək şansı yaradır. Axı, onun əvvəldən qorxusu Cənubi Qafqazda itirdiyi nüfuzudur. İran düşünür ki, bu formatla o regionda itirilmiş nüfuzunu bərpa edəcək.

- Təşəkkür edirik, cənab Vasadze.

- Mən sizə təşəkkür edirəm.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

End of content

No more pages to load

RADİO