Moldova prezidenti Mayya Sandu ölkədə yaranmış qaz böhranının aradan qaldırılması ilə əlaqədar olaraq Azərbaycan, Almaniya, Polşa və Rumıniyadan kömək istəyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı xarici mətbuat yayıb.
Mənbə yazır ki, Moldova hökuməti oktyabrın 22-si qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.
Moldova 2008-ci ildə imzalanmış müqavilə əsasında Rusiyanın "Qazprom" şirkətindən qaz alırdı. Lakin müqavilənin müddəti cari ilin sentyabrın 30-u başa çatıb və "Qazprom" qazın qiymətini qaldırıb. Həmçinin, yığılmış 700 milyon dollar borcu da hökumətdən tələb edib.
Bizim.Media