Azərbaycanla İran arasında ictimai müstəvidə baş verən gərginlik mərhələsi başa çatıb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Tehranda keçirilən mətbuat konfransında deyib.
"Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə təmaslarımız olub. Düşünürəm ki, gərginliyin ictimai mərhələsini başa vurmuşuq. İnanıram ki, bizdə olan problemlər tədricən öz həllini tapacaq". Agentlik Abdullahiyandan sitat gətirib.
Bizim.Media