Financial Times: “Ağdamdakı quruculuğu görən ermənilər özləri dostluğu seçəcəklər”

“Bir il əvvəl Ermənistan işğalından azad edilən Azərbaycan ərazilərində salınan yeni magistral uzun müddət Rusiyanın nəzarəti altında olduğu düşünülən bölgədə Türkiyənin artan iqtisadi mövcudluğunu nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər dünyaca nüfuzlu “Financial Times” jurnalında dərc olunan məqalədə qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan işğaldan azad edilmiş ərazilərdən nə qədər gəlir götürəcək? – MƏBLƏĞ


Belə ki, müəllif Qarabağda görülən yenidənqurma və bərpa işlərində iştirak edən iki türk şirkətinin gecə-gündüz çalışdığını qeyd edib. Eyni zamanda “Zəfər Yolu”nun Azərbaycanı Qarabağ uğrunda altı həftəlik müharibədə Ermənistan işğalından azad etdiyi ən böyük mükafat olan tarixi Şuşa şəhəri ilə birləşdirdiyi də mətndə öz əksini tapıb. 

Bunlardan əlavə, Cənubi Qafqazda cərəyan edən proseslər və 44 günlük müharibədən sonra yaranmış vəziyyətlə bağlı məqalədə qeyd olunan fikirləri diqqətinizə çatdırırıq:

“İndi Ərdoğan Rusiyanın İranla rəqabət apardığı Cənubi Qafqazda Türkiyənin təsirini gücləndirməyə çalışarkən əzəli düşmən Ermənistana əl uzadır. O, diplomatik münasibətlərin təxminən 30 illik fasilədən sonra bərpa oluna biləcəyini təklif edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə “ilkin şərt olmadan” danışıqlara hazır olduğunu bildirib.
 

Maraqlı məqam ondan ibarətdir ki, Bakı indi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına daha az müqavimət göstərir. 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gəldikdə isə, rəsmi Bakı buna qarşı çıxmışdı.


“2009-cu ildən bəri vəziyyət çox dəyişib. Türkiyə-Ermənistan münasibətləri iki ölkənin ixtiyarında olmalıdır”, - deyə fikirlərini bölüşən İlham Əliyevin xarici siyasət müşaviri Hikmət Hacıyev regionda uzunmüddətli sabitlik üçün bütün aktorların iştirakının vacib olduğunu qeyd edib.

Bundan əlavə Türkiyənin regionda artan rolu Rusiyaya da xidmət edə bilər. Ankara-Moskva münasibətlərində müəyyən zonalarda dalğalanmalar müşahidə olunsa da, Carnegie Europe-un əməkdaşı Tomas de Val hesab edir ki, ABŞ və Avropanı regional proseslərdən kənarda saxlamaq üçün Türkiyə və Rusiya Qafqazda əməkdaşlığa gedə bilərlər.

Rusiyanı həm də Ermənistandan dəmir yolu üzərində sovet dövründən Türkiyə ilə birbaşa fiziki əlaqəni canlandırmaq fürsəti də Ankara ilə əməkdaşlığa inandıra bilər.

Öz növbəsində Bakı ümid edir ki, qonşuları ilə ticarət vədi Ermənistanı Azərbaycanın Naxçıvanla və Türkiyə ilə quru əlaqələrinin bərpasına sövq edə biləcək. Məsələ ilə bağlı açıqlamasında “Dənizə çıxışı olmayan ölkədən tranzit ölkəyə çevrilmək ermənilərin öz xeyrinədir”, - deyə Hikmət Hacıyev bildirib.

Ermənistan isə sülh sazişinin ən vacib məsələ oldu iddia edir. “Ermənistanla Azərbaycan arasında əsas problem iqtisadi deyil. Əsas məsələ Qarabağ münaqişəsidir”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Ümumilikdə isə, Qarabağ məsələsində İrəvan istəyir ki, ermənilər öz müqəddəratını təyinetmə hüququnu saxlasınlar, Bakı isə region üçün hər hansı formada muxtariyyəti rədd edir”.
 

Regional siyasi proseslərdən əlavə Qarabağda gedən bərpa və quruculuq işlərinə də məqalədə xüsusi yer verilib.


Xüsusilə də Ağdamın küllərinin üzərində yenidən bərpa ediləcəyinin qeyd olunduğu mətndə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun aşağıdakı fikirləri də öz əksini tapıb:

“Firavanlıq son nəticədə sülhü təmin edəcək. Bunlar ermənilərin yoxsulluq içində yaşadığı kəndlərdir (Ağdamdan görülən erməni kəndlərinə işarə edilərək). Təsəvvür edin, bu şəhər indi küllərindən hazırlanır. Onlar bunu görüb iş axtarmağa və dost olmağa gələcəklər. Bu ən yaxşı siyasətdir. Belə olan halda mübarizə aparmağa ehtiyac qalmayacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

End of content

No more pages to load

RADİO