Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL

“Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, amma öz ləyaqətimizi, qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin!”

2021-ci ilin oktyabr ayı azərbaycanlıların xatirində işğaldan azad edilmiş torpaqlarda başlamış misilsiz quruculuq işləri zamanı Azərbaycan Respublikası Prezidentinin dediyi bu sözlərlə qalacaq.

Bir də qalib dövlətimizin genişlənən imkanlarından xofa düşüb, yorğun əzələlərini nümayiş etdirməyə cəhd edən bütün qüvvələrə dövlət-xalq vəhdətinin verdiyi dərslə...

Azərbaycanın Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvanla əsas nəqliyyat yollarını birbaşa birləşdirməsi, qonşu ərazilərindən keçid asılılığının aradan qalxması, dəmiryolu xətlərinin Naxçıvan və Türkiyəyə birləşəcəyinin məlum olması, Azərbaycanın öz cənub sərhədində nəzarəti tam bərpa edib təbii resurslarının məkrli istismarının qarşısını alması və ölkənin daha sürətli inkişafını labüd edən digər çoxsaylı nailiyyətlər bəzi “dost”larımızın daxili narahatçılığını açıb ortaya qoydu.

İranın “kənd mollası”nın üzündən oxuyub səsləndirdiyi şüarlar digər aqressiya görüntüsü, Azərbaycan daxilində əmr qullarının ayaqlanması ilə müşayiət edincə, dövlətimizin maraqlarına və xalqımızın gələcəyinə qarşı yönələn hücumlar vüsət aldı.

Dövlətçilik ənənələrini bərqərar etmiş dövlətimizin soyuqqanlı cavab addımları da özünü çox gözlətmədi. Təbii ki, içimizdə bu irilikdə İran şəbəkəsi ilə də biz çox yol gedə bilməzdik. Dost dostun yanında olar, daxili işlərinə qarışmaz, daxili işlərini qarışdırmaq imkanlarında olmağı da arzulamaz.


Çox keçmədi ki, hər İran həmləsi gələndə Azərbaycan dövlətinə qarşı bəyanatlar verən, Qarabağ müharibəsində ortalıqda görünməyən “Azərbaycan Ruhanilər Məclisi” adlı İran xüsusi xidmət orqanlarının əl oyuncağı təsisatın rəhbəri Sərdar Babayevin dövlətə xəyanət ittihamı ilə həbs edildiyi məlum oldu. Bu o Sərdar Babayevdir ki, xarici kapital hesabına “maide.az” saytını yaradıb, hansı ki məqsədyönlü dini təbliğatdan boldur, ancaq dindarlarımızın haqq yolunda savaşdığı, can qoyub şəhid olduğu Vətən müharibəmizə dəstək və qələbəmizə sevinc bildirən heç bir yazı yayımlamadı. Niyəsi hamıya məlumdur.

Ardınca Azərbaycanın digər dövlətlərlə münasibətlərini korlamaq, müasir silahlarla hərbi təchizatımıza xələl gətirmək üçün nəfəs almadan xarici səfirliklərin qarşısında aksiya keçirib həmin dövlətlərə xalq adından lənətlər yağdıran, dini pərdə altında xarici pullar hesabına sovqat paylayıb həyətinə yığdığı insanlara havasını udub, çörəyini yediyi Azərbaycana qarşı şüarlar təkrarladan, xarici xüsusi xidmət orqanlarının adından camaatı bir-bir hədələyib xof altında saxlayanSəbuhi Səlimovun da dövlətə xəyanət ittihamı ilə həbs xəbəri gəldi.
 



Ölkədə xain hüceyrələrin zərərsizləşdirilməsinə qarşı çıxanlar gözə dəymədi. Görünən odur ki, bu tədbirlərlə kifayətlənməyən, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər casus şəbəkədə öz növbəsini gözləyənlərin hamısına hesab gecəsi yaşadıb.


Sosial şəbəkələrdə yayılan görüntülərdən adı belə müəmmalı olan DEVAMM təşkilatının rəhbəri İlqar İbrahimoğlunun da Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi üzrə araşdırmalara cəlb edildiyi, ardınca özünün açıqladığı kimi “peşəkar” insanlar tərəfindən sorğulandıqdan sonra telefonunu bağladığı, yaratdığı “deyerler.org” adlı informasiya saytını xaricilərin təmənnalı xidmətindən çıxardığı məlum oldu. Bir neçə günün içində görülən tədbirlər onunla nəticələndi ki, birtərəfli İran xidmətində olan informasiya saytlarının rəhbərləri də olduqları gəmiyə sədaqət andı içib, Azərbaycan xalqının maraqları ilə razılaşası oldu. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

End of content

No more pages to load

RADİO