İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib.
Prezidentin köməkçisi Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.
Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.
Bizim.Media