Noyabrın 9-da Moskvada Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
“Aliq Media”nın məlumatında qeyd olunur ki, sənədlərdən biri iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasını nəzərdə tutur.
Bu sənədə əsasən, Yerevan və Bakı qarşılıqlı olaraq sərhədləri və ərazi bütövlüyünü tanıyacaq.
Digər sənəd isə regionda kommunikasiyaların, Azərbaycanla Naxçıvanı əlaqələndirən dəhliz də daxil olmaqla yolların açılmasıdır.
Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.
Bizim.Media