Qarabağın yenidən qurulmasında hansı ölkələr iştirak edir? – SİYAHI 

44 günlük Vətən Savaşında Ermənistan işğaldan azad olunan Azərbaycan ərazilərində irimiqyaslı yenidənqurma və bərpa işləri davam edir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə isə xarici şirkətlərin də iştirak etdiyi məlumdur.

Daha əvvəl Prezident İlham Əliyev quruculuq işlərinin aparılması dost ölkələrin şirkətlərinin cəlb olunacağını qeyd etmişdi. 

Bizim.Media-nın araşdırmasına görə Qarabağda yenidənqurma işlərində məhz bu ölkələrə məxsus şirkətlər fəaliyyət göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

Çin Qarabağa gələcəkmi? – Qərar verildi - ŞƏRH


1. Türkiyə. Həm savaş dönəmində, həm də sonrasında Azərbaycana dəstəyini hər zaman nümayiş etdirən Türkiyəyə məxsus olan şirkətlər Qarabağda görülən işlərdə də ilk olaraq özlərini göstərdilər. Belə ki, artıq bir neçə şirkətlə əməkdaşlıq sahəsində də razılıq əldə olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları isə “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib. 

2. İtaliya. Ölkəmizin haqq savaşında yanında olan ölkələrdən biri də İtaliya idi. İtaliyaya məxsus şirkətlər post-müharibə dönəmində də quruculuq işlərində fəal şəkildə iştirakda maraqlı olduqlarını dilə gətiriblər. “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

3. İngiltərə. Nəhəng enerji şirkətlərində olan “BP”-də Qarabağda quruculuq işlərində pay sahibi olacaq. Belə ki, Energetika Nazirliyi ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən “BP” tərəfindən Zəngilan-Cəbrayıl bölgəsində 240 MVt gücündə günəş elektrik stansiyası tikiləcək.

4. Çin. Çin şirkətləri də Qarabağda yenidənqurma işlərində fəal şəkildə iştirak edir. Bunu rəsmi Pekinin ölkəmizdəki səfiri Qo Min də təsdiq edib.

5. İsrail şirkətlərinin də Qarabağa yatırım etməkdə maraqlı olduğu dəfələrlə bildirilib. Bundan əlavə, “ağıllı kənd” layihəsinin reallığa dönüşdürülməsində israilli mütəxəssislərin də çalışdığı məlumdur.

6. Macarıstan. Azərbaycan və Macarıstan Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb.

7. Cənubi Koreya şirkətlərinin işğaldan qurtarılmış ərazilərdə fəaliyyət göstərəcəyi də artıq dəqiqləşib. Belə ki,  Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Sonq avqustun 19-da Azərbaycana səfəri zamanı “ağıllı kənd”lərin tikilməsində ölkəsinə məxsus şirkətlərin də iştirak edəcəyini bildirib.

8. Rusiyanın “KamAZ” şirkətinin də Qarabağda görülən işlərdə iştirakı rəsmiləşib. Belə ki, artıq Gəncə Avtomobil Zavodunun “KamAZ” şirkəti ilə birgə Cəbrayıl rayonu ərazisində servis mərkəzinin təməli qoyulub.

9. Özbəkistan. Qarabağda bərpa işlərində iştirak edəcək növbəti ölkə Özbəkistandır. Belə ki, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov məsələ ilə bağlı verdiyi açıqlamasında ölkəsinin Qarabağda məktəb inşa etmək niyyətində olduğunu bildirib.

Yenidənqurma işlərində iştirak edənlərdən əlavə bir sıra ölkələrə məxsus şirkətlər də bu istiqamətdə maraqlı olduqlarını dilə gətiriblər. Bunlara Pakistan, Səudiyyə Ərəbistanı, Ukrayna, ABŞ, İraq, Fransa, Almaniya, Qazaxıstan və Gürcüstan kimi ölkələri aid edə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldo yenidən yaşıl meydanlarda

Ronaldo yenidən yaşıl meydanlarda

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

End of content

No more pages to load

RADİO