The Wall Street: “İlham Əliyevin bir şəkli min siyasi mesaja dəyər”

“Bir şəkil min siyasi mesaja dəyər. Oktyabrın 4-də bütün kameralar Azərbaycan Prezidenti İlham Əliyevə tuşlandı. O, jurnalistlərin önündə işıq saçaraq, İsrail istehsalı olan kamikadze pilotsuz təyyarəsi olan Haropun başını oxşadı və onu sevgi ilə qucaqladı”.

Bizim.Media xəbər verir ki, bu fikirlər dünyaca nüfuzlu “The Wall Street” jurnalında dərc olunan “Azərbaycanın İrana qətiyyətli mesajı” adlı məqalədə yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda ÇIXIŞI – VİDEO


Belə ki, Ameriaklı analitik Maykl Hudzon tərəfindən yazılan məqalədə son dönəmlər Azərbaycanla İran arasında gərginləşən münasibətlər fonunda rəsmi Bakının yeritdiyi uğurlu siyasətə mühüm yer verilib.

Xüsusilə də, Haropun Azərbaycanın 44 günlük müharibədəki qələbəsində mühüm pay sahibi olduğunu qeyd edən müəllif İlham Əliyevin sözügedən fotosunun verdiyi mesajı belə şərh edib:

“Bu fotoşəkil İran üçün müəyyən bəhanələrə əsas kimi də önə sürüldü. Belə ki, son həftələrdə Tehran, Azərbaycanın sərhədində keçirdiyi hərbi təlimlər fonunda rəsmi Bakıya qarşı kobud bir təhdid kampaniyası həyata keçirir. İlham Əliyev isə bununla bağlı "Niyə indi və niyə sərhədimizdə?" sualını əks tərəfə ünvanladı. Çünki Azərbaycanın 30 illik müstəqilliyi dövründə belə hadisələr olmayıb”.

İran tərəfinin Azərbaycana qarşı təhdidlərini İsrailin regionda güclənməsi ilə xarakterizə etdiyini bildirən müəllif rəsmi Tehranın narahat olmalı olduğu səbəbləri də qeyd edib:

“İranın narahat olmaq üçün yaxşı səbəbləri var; İqtisadiyyatı bərbad vəziyyətdədir və işsizlik tüğyan edir. Bunun əksinə olaraq, Azərbaycanın iqtisadiyyatı güclüdür və ordusu, 2020-ci ildə Ermənistanla müharibə zamanı özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. 


Tehranın gözü ilə baxdıqda isə, İsrailin Bakıdakı nüfuzu, Azərbaycanın İran cəmiyyətinə fövqəladə nüfuz etməsi səbəbindən xüsusilə dəhşətli görünür. Türk xalqı olan etnik azərbaycanlılar, İran əhalisinin böyük bir hissəsini, təxminən 30%-ni təşkil edir. Əhali arasında böyük bir ayrılıq hərəkatı baş qaldırmasa da, narazılıq çoxalır və Azərbaycanla güclü həmrəylik hissləri tez-tez nümayiş etdirilir. Eyni zamanda İranda yaşayan azərbaycanlılar müharibə dönəmində Ermənistana göndərilən silahların önünü kəsərək öz ictimai etirazlarını da nümayiş etdirdilər. Bundan əlavə, Azərbaycanın qələbəsi İranı regional diplomatiyadan da sıxışdırıb çıxardı və hal-hazırda rəsmi Tehran özünü heç vaxt olmadığı qədər aciz hiss edir”.

Məqalədə həmçinin ABŞ-ın Azərbaycanla əməkdaşlıq qurmasının nə qədər əhəmiyyətli olmasına da geniş yer verilib:

“Cəmi 10 milyon əhalisi olan Azərbaycanın Amerikanın köməyi olmadan İrana layiqli cavab verməsinin özü belə böyük uğurdur. Bəzən ABŞ Azərbaycanın bu istiqamətdəki addımlarına aktiv şəkildə mane də törədib. Belə ki, 2012 -ci ildə, Obama administrasiyası İranı məhkəməyə verərkən, Amerikanın yüksək vəzifəli şəxsləri mətbuata Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığı araşdırmaq niyyətində olduqlarını da dilə gətirmişdilər.

Lakin bunun əksinə olaraq, Bayden administrasiyasının İsrailin nümunəsini təqib etməsi isə daha yaxşı olardı.
 

Ona görə ki, inkişaf edən Azərbaycanın ABŞ-a faydaları İrana qarşı mübarizə səylərindən çox üstündür. Azərbaycan həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə ölkədir.


Güclü və müstəqil siyasət yürüdən rəsmi Bakı Moskvaya qarşı da bir növ tarazlaşdırıcı rolunda çıxış edir. Eyni zamanda Əfqanıstandakı uğursuzluq ABŞ-ın qlobal siyasətində güclü aktorlarla əməkdaşlığını daha da ön plana çıxarıb. Belə olan halda isə, müstəqil siyasət yürüdən, güclü orduya malik və bu gücündən istifadə etməkdən çəkinməyən ölkələrlə əməkdaşlıq qurmaq vacib şərtdir”.

Sonda isə müəllif fikirlərini bu cür yekunlaşdırıb:

Cənab İlham Əliyev Haropla şəkil çəkdirəndə yalnız İrana qarşı yox, Vaşinqtona da bir mesaj göndərirdi: Yeni çətinliklər yeni dostlar tələb edir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Ukraynanın sabiq naziri qatardan düşürülərək saxlanıldı

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Kallas: “Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir”

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

Ər-arvad ən çox hansı yaşda bir-birinə xəyanət edir?

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

“Real” dogma meydanda qələbə qazandı - VİDEO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Şair Musa Ələkbərli VƏFAT ETDİ - FOTO

Alimlərdən yuxularla bağlı KƏŞF

Alimlərdən yuxularla bağlı KƏŞF

Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

Kərkicahan sakini: "Ermənilər bizə "Siz türksünüz" deyirdilər" - VİDEO

İran geri çəkildi - Nüvə sazişinə də hazırdır

İran geri çəkildi - Nüvə sazişinə də hazırdır

Həcc ziyarəti ilə bağlı mühüm addım: Martın 7-dək...

Həcc ziyarəti ilə bağlı mühüm addım: Martın 7-dək...

Çingiz Abdullayev: "Sanki alçalaraq pul istəyirik"

Çingiz Abdullayev: "Sanki alçalaraq pul istəyirik"

Kovalenko: “Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə yüksək olub”

Kovalenko: “Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə yüksək olub”

“İnter” “Yuventus”a qalib gəldi - VİDEO

“İnter” “Yuventus”a qalib gəldi - VİDEO

Bələdiyyələr torpaq satışı ilə bağlı qanunları NECƏ POZUR?

Bələdiyyələr torpaq satışı ilə bağlı qanunları NECƏ POZUR?

Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK

Daha bir ərazidə söküntü - 2700 manat VERİLƏCƏK

Hindistan İsraildən milyardlarla dollarlıq silah alır

Hindistan İsraildən milyardlarla dollarlıq silah alır

SABAHIN HAVASI - Temperatur 20 dərəcəyədək yüksələcək

SABAHIN HAVASI - Temperatur 20 dərəcəyədək yüksələcək

Rusiyada kişi ana və bacısını bıçaqladı - Onlardan biri həyatını itirdi

Rusiyada kişi ana və bacısını bıçaqladı - Onlardan biri həyatını itirdi

Volodin: “Avropa İttifaqının liderləri vəzifələrindən gedəcək, ancaq Putin...”

Volodin: “Avropa İttifaqının liderləri vəzifələrindən gedəcək, ancaq Putin...”

Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi

Trampın qızı mini-libasda həyat yoldaşı ilə görüntüləndi

Amerikalı analitik: Ukraynadakı münaqişənin nəticəsi iki il əvvəl bəlli idi

Amerikalı analitik: Ukraynadakı münaqişənin nəticəsi iki il əvvəl bəlli idi

Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO

Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO

Rusiyada xiyarın qiyməti rekord həddə yüksəldi

Rusiyada xiyarın qiyməti rekord həddə yüksəldi

End of content

No more pages to load

RADİO