Bu gün Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli yubiley forumu işə başlayır.
Bizim.Media xəbər verir ki, 105 ölkə nümayəndələrinin iştirak edəcəyi forumda 43 nümayəndə heyətinə xarici işlər nazirləri rəhbərlik edəcək.
Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov rəhbərlik edəcək.
Hazırda Qoşulmama Hərəkatına Azərbaycan rəhbərlik edir. Forum oktyabrın 12-də başa çatacaq.
Bizim.Media