Gürcüstanın Azərbaycandakı səfirliyinin binasında dövlət bayrağı endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
Qeyd olunub ki, Gürcüstan hökumətinin qərarına əsasən, Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.
Oktyabrın 11-də Gürcüstan səfirliyində matəm tədbiri keçirilib. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bizim.Media

