Ramiz Yunusdan Norveç səfirinə açıq məktub: “Hamınız saxtakar və riyakarsız!”

Uzun illər ABŞ-da yaşayan Ramiz Yunus Qərb qurumlarını, media və vətəndaş cəmiyyəti nümayəndələrini riyakarlıqda və ikili standarlarda itiham edib. O, bu sözlər sentyabrın 27-də Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gilə ünvanladığı açıq məktubunda səsləndirib.

Qeyd edək ki, Ramiz Yunus 90-cı illərin əvvəllərində Azərbaycan Hökumətinin Aparatının rəhbəri və Azərbaycan Parlamentinin işlər idarəsində çalışıb. 

Məktubda Ramiz Yunus 2002-2006-cı illərdə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri işləmiş Steinar Gilin ona ünvanladığı nə üçün müharibə dövründə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi ilə bağlı suala aydınlıq gətirməyə çalışır. O, Norveç səfirinin pasifist mövqeyinə hörmətlə yanaşdığını qeyd edərək, insan azadlığı və insan hüquqları ilə bağlı verilən bəynataları xatırladır. Müəllif bu vaxtadək baş verənlərin bu bəyanatların yalnız erməni millətindən olan şəxslərə aid edildiyini, 30 il əvvəl etnik təmizləməyə məruz qalmış və vandalizm əməlləri ilə öz yurdlarından didərgin salınmış milyonlarla azərbaycanlı qaçqına şamil edilmədiyinə diqqət çəkib.
 

Ramiz Yunus eyni zamanda 44 günlük müharibə dövründə bir çox Qərb qurumlarının, o cümlədən media və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən çox böyük riyakarlıqla üzləşdiyini qeyd edir.


O, təxminən 20 ildir ki, ABŞ-da yaşadığını və şəxsən tanıdığı şəxslərin insan azadlığı ilə bağlı dəyərlərə münasibətinin, iki standartların onun üçün sürpriz olduğunu bildirir.

“Qarabağ Azərbaycanın ərazisidir, lakin müharibə başlayanda bir çoxlarınız erməni işğalçılarını açıq şəkildə müdafiə edirdiniz. Belə çıxır ki, 30 il ərzində ATƏT-in Minsk Qrupu adı altında bizi aldadırsınız?”, deyə Ramiz Yunus eks-səfirə sual ünvanlayır. “Bəs bütün bu illər ərzində bizə danışdığınız insan hüquqları, demokratik dəyərlər və ölkənin ərazi bütövlüyü? Bir çoxumuz sizə inanırdı və mən də onlardan biri idim” deyə o, qeyd edir.

Ramiz Yunus Qərbin 2008-ci ildə Gürcüstana xəyanət etdiyini, Abxaziya və Cənubi Osetiyanı ondan ayrılmasına göz yumduğunu, 2014-cü ildə isə bu dəfə Ukraynaya xəyanət edərək, Krım və Donbası itirməsinə səbəb olduğunu xatırladır. Baxmayaraq ki, bu illərdə həm Gürcüstanda, həm də Ukraynada demokratik yolla seçilmiş hökumətlər tərəfindən idarə olunurdu.

Ancaq Qərb avtoritar Rusiya ilə əməkdaşlıq etməyi seçdi və təəssüf ki, bu proses bu günə qədər davam edir. 
 

Müəllifin fikrincə, Azərbaycan uzun illərdir bütün bu riyakarlığı görürdü. Azərbaycan yaxşı başa düşürdü ki, ortaya çıxacaq hər hansı problemdə Qərb Gürcüstan və Ukraynada olduğu kimi onu da yarıyolda qoyacaq.


Lakin Azərbaycan bütün bunları görərək öz yolu ilə getmək qərarına gəldikdə hər kəs öz maskalarını bir gecədə çıxardı və Ermənistandan gələn işğalçılara dəstək verməyə başladı. Ramiz Yunus “nə etməli idik, bunları görüb susacağımızamı ümid edirdiniz?”, deyə eks səfirə sual ünvanlayır.

O, Prezident Ərdoğan və bütün Türk xalqının Vətən Müharibəsinin 44 günü ərzində Azərbaycan xalqının yanında olduğunu və bu gün də davam etdiyini də qeyd edir. Türkiyə Prezidentinin siyasi iradəsi və türk xalqının mənəvi dəstəyi sayəsində Azərbaycan Qərbə və saxta ATƏT-in Minsk Qrupuna rəğmən çoxdan həsrətində olduğu qələbəni qazandı. 

Müəllif Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək kimi müqəddəs hüququnu dəstəklədiyini və dəstəkləyəcəyini bildirir.
 

“Çünki Azərbaycan mənimdir, mənim vətənimdir, mən Bakıda doğulub boya-başa çatmışam, valideynlərim, bir çox qohumlarım və dostlarım orada dəfn olunub və bizim yaşadığımız yerdə Vətənini satmırlar”, deyə o qeyd edir.


Ramiz Yunus məktubunda Norveçli eks-səfirə bir neçə sual ünvanlayır. O, Steinar Gilin Azərbaycada fəaliyyətdə olduğu dövrdə çox xoş qarşılandığını və çoxsaylı dostlara malik olduğunu xatırladır. Bəs bu qədər prinsipial və vicdanlı bir diplomatın başına nə gəldiyini, niyə birdən erməni təbliğatının uzunmüddətli yalanlarını dəstəkləməyə başladığını soruşur.

Müəllif məktubunu ABŞ prezidenti Franklin Ruzveltin məşhur ifadəsini xatırladaraq bitir: "Təkrar yalanı həqiqətə çevirməz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

End of content

No more pages to load

RADİO