İran Azərbaycanla quru sərhədlərini niyə indi açır? – Pərdəarxası MƏQAMLAR

İran oktyabrın 23-dən turistlər üçün sərhədərini açır. İran prezidenti  Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında bu barədə bildirib. Prezident 19 aylıq fasilədən sonra İrana səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərdən turistlərin gediş - gəlişi üçün lazimi infrastrukturun hazırlanmasına göstəriş verib.

Quru sərhədlərindən ictimai və şəxsi avtomobillərlə də gediş -gəlişə icazə veriləcək. Bundan öncə, sentyabr ayının əvvəllərindən İran və Türkiyə arasındakı əsas sərhədlər açılmışdı.

Maraqlıdır ki, İran Azərbaycanla quru sərhədlərini açsa da, ölkəmiz tərəfindən bu barədə rəsmi qərar hələki yoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bizim.Media-ya bildirib ki, Azərbaycanın İranla quru sərhədlərinin açılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur:

“İran belə bir açıqlama verə bilər. Amma bu fikrin Azərbaycan tərəfi ilə reallaşdırılması üçün rəsmi qərar olmalıdır. Bu qərar isə hələ yoxdur”, - deyə qurum rəsmisi əlavə edib. 

İstisna deyil ki, iki ölkə arasındakı münasibətlərin hazırki gərginliyi fonunda qonşu dövlətin belə bir qərara imza atması hansısa siyasi məqsəddən xəbər verir.  

Saytımıza bu barədə danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, Azərbaycan tam arxayın olmalıdır ki, İran bu sərhədlərdən Ermənistana hər hansı dəstək verməyəcək və ölkəmizə qarşı revanş hərəkətlər etməyəcək”.

“Əslində ölkələr arasında quru sərhədlərin açılması faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. İranın Ermənistana dəstək verməsi ilə bağlı Azərbaycanın müəyyən şübhələri var. Bu baxımdan sərhədlərin açılmasına tərəddüd edir. Hesab edirəm ki, İran ədalətli mövqe tutacağı təqdirdə tezliklə Azərbaycan da sərhədlərini açacaq. Azərbaycanın İrana qarşı heç bir iddiası yoxdur və qonşu dövlət kimi hər cür əlaqələr qurmağa hazırdır. Quru sərhədlərin bağlanması hər iki ölkənin iqtisadiyyatına çox ciddi zərbə vurur”. 

Partiya sədrinin sözlərinə görə Ermənistana dəstək verən bütün ölkələr beynəlxalq hüququ kobud şəkildə pozur:

“İşğal haqqında qətnaməyə görə dünya dövlətləri işğalçı dövləti blokadaya almalıdır və lazım gələrsə təcüvüzə məruz qalmış ölkəyə hər cür hərbi dəstək verməlidirlər. Bizdə isə tam tərsinədir. Rusiya, İran, Fransa və bəzi dövlətlər işğalçı Ermənistana dəstək verirlər. Əksinə təcavüzə məruz qalmış Azərbaycana qarşı isə düşmənçilik edirlər. Beynəlxalq hüquqa görə İranın Azərbaycanın icazəsi olmadan Qarabağda məskunlaşmış ermənilərə humanitar yardım göstərməsi cinayətdir. Azərbaycan qonşuluq naminə İranı bu hərəkətlərinə görə beynəlxalq məhkəməyə vermir. Amma bu da o demək deyil ki, İran bundan sui-istifadə etməlidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

End of content

No more pages to load

RADİO