Bakı, İrəvan, Moskva nəyi müzakirə etməyə hazırlaşır? - DETALLAR 

Oktyabr ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçiriləcək. Belə ki, Azərbaycan respublikası Prezidenti İlham Əliyev sentyabrın 27-də “Anadolu” agentliyinə verdiyi müsahibəsində bu barədə məlumat verib. Prezident çıxışı zamanı üçtərəfli təmasların indiki şəraitdə lazımlı vasitə olmasını da qeyd edib.

Ümumilikdə, daha əvvəl də üçtərəfli işçi qrupun müzakirələri baş tutub.

Lakin sonuncusu iyul ayında təşkil olunan müzakirələrin üzərindən xeyli müddət keçib və hazırki situasiya o zamankından bir xeyli fərqlənir. Belə ki, o zaman Ermənistanda möhkəmlənmiş hakimiyyət mövcud deyildi və danışıqların bu formada davam etirilməsi səmərəsiz idi. Bu səbəbdən də rəsmi Bakı ölkə daxilində sabitliyi təmin etmək üçün İrəvana müəyyən müddət tanıdı və avqust ayında işçi qrupun fəaliyyəti yenidən bərpa olundu. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan hansı şərtlərlə mövcud ola bilər? – DETALLAR


İndi isə danışıqlar masasına oturmaq üçün əlverişli fürsət yetişib.

Belə ki, ilk olaraq, Ermənistanda Nikol Paşinyan iqtidarını müəyyən qədər möhkəmləndirməyi bacarıb.

İkincisi, Ermənistanın özündə dialoqun qurulması istiqamətində müsbət impulslar müşahidə olunur. Xüsusilə də, Türkiyə ilə danışıqlar və əməkdaşlığın qurulması istiqamətində İrəvan rəsmilərindən gələn açıqlamalar bu iddiaları sübut edir.

Üçüncüsü, Azərbaycan tərəfinin siyasi təzyiqlərinin artması. Rəsmi Bakı həm Kremlə, həm də İrəvana qarşı öz sərt mövqeyini ortaya qoymaqla problemli məsələlərin tez bir zamanda həllinə nail olmaq üçün lazımi siyasi mövqeyi ortaya qoyub.

Dördüncüsü, Türkiyə faktoru. Belə ki, rəsmi Ankara regionun əsas söz sahiblərindən biri kimi regionda sülhün təmin olunmasında və iqtisadi əlaqələrin bərpasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirib.
 

Digər maraqlı nüans isə, baş nazirlərin müavinlərinin görüşündə müzakirə olunacaq məsələlərdir. Hələlik bununla bağlı, hər hansı rəsmi açıqlama olmasa da, mövcud geosiyasi vəziyyət və tərəflərin maraqları çərçivəsində indidən müəyyən proqnozların irəli sürülməsi mümkündür.


​​​​​​​1. Sülhməramlıların fəaliyyəti. Xüsusilə də, vaxtaşırı olaraq Azərbaycan tərəfindən rus slühməramlılarının birtərəfli davranışları tənqid hədəfinə çevrilir. Hətta bir sıra mütəxəssislər Rusiya kontingentinin 10 noyabrda imzalanmış bəyanatda nəzərdə tutulmuş 5 illik müddətdən daha erkən Qarabağdan çıxarıla biləcəyi haqda ehtimallar irəli sürürlər.

Bunu nəzərə alarsaq, Kreml nümayəndəsinin müzakirələr sırasında sülhməramlıların fəaliyyətinin davam etdirilməsi ilə bağlı məsələləri masaya yatıracağını ehtimal etmək olar.

2. Regionda kommunikasiyaların  bərpası. Azərbaycanın əsas tələblərindən biri olan Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası məsələsinin görüşün gündəliyinə salınacağını ehtimal etmək olar.

Xüsusilə də, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin layihəsinin hazırlandığı ilə bağlı verdiyi açıqlamasından sonra sözügedən mövzunun aktuallığı daha da artıb.

3. Sərhədlərin delimitasiyası. Əvvəlki görüşdə də əsas müzakirə mövzusu olan bu məsələnin həlli üçün hal-hazırda əlverişli fürsət də mövcuddur. Belə ki, iranlı sürücülərin Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolunda saxlanılmasının ardından Nikol Paşinyan mətbuata verdiyi açıqlamasında həmin ərazinin Azərbaycanın sərhədləri daxilində olduğunu açıq şəkildə etiraf etmişdi.
 

Ona görə də, indi, yəni Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə qəbul etmək niyyətində olduğunu nümayiş etdirdiyi bir vaxtda sözügedən məsələnin də öz həllini tapması ehtimalı heç də az deyil. 


4. Sülh müqaviləsi. Regionda sabitliyin qarantı ola biləcək əsas rəsmi sənəd olan sülh müqaviləsi məsələsinin görüş zamanı qabardılması mümkündür. Ələxsus da, Rusiya üçün sözügedən sənədin məhz onun vasitəçiliyi ilə imzalanmasına marağın böyük olacağını nəzərə alsaq, Kremlin tez bir zamanda bunun üçün lazımi addımları atması mümkündür.

Ümumilikdə isə, görüşün Cənubi Qafqazda Azərbaycanın maraqlarına uyğun situasiyanın yaranması istiqamətində mühüm addımlardan biri ola biləcəyini söyləyə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

End of content

No more pages to load

RADİO