İlham Əliyev: "Muxtariyyət müzakirə mövzusu deyil"     

"Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər".

Bizim.Media xəbər verir ki, bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində "Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb.

Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib" sualını cavablandırarkən deyib. 
 

"Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir.


Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir.

Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır", - dövlət başçısı deyib. 

Sonra Azərbaycan Prezidenti "Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?" sualını cavablandırıb: 

"Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

End of content

No more pages to load

RADİO