Türkiyəli general 44 günlük müharibədən DANIŞDI: “10-15 ilə bərpa olunmayacaq”   

“Vətən müharibəsi modern hərbi avadanlıq, tətbiq olunan strategiyası və qısa zamanı baxımından dünya hərb tarixinə bir yenilik gətirdi. Düşmən ordusunun 80  faizi məhv və tərkisilah olundu. Bu müharibəni ən az itki ilə bitirən Azərbaycan yeni bir tarix yazdı”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli general: "2020-ci Xarıbülbül ili oldu"


O, bildirib ki, Ermənilər 28 il boyunca Qarabağ torpağında minlərlə xəndək, səngər qazdılar, postlar qurub torpaqları minaladılar.

Bundan başqa o ərazilərə tonlarla silah-sursat daşıdılar və bu işlərin arxasında Erməni ordusu haqqında bir mif yaratdılar ki, o məğlub edilə bilməz.

“Ancaq Azərbaycan ordusu bu mifi 44 günlük müharibə zamanı darmadağın etdi. Azərbaycan 28 il boyu topladığı güc vasitəsilə alına bilməyəcək deyilən torpaqlarını azad etdi və ermənilərin başlarına dəmir yumruq kimi əzdi. Hələ Heydər Əliyev zamanında hərbi məktəblər açaraq, gənclərdən əsgər yetişdirməsi bu işlərin ilk addımı idi. O, Əsrin müqaviləsini imzaladıqdan sonra bütün gücü ilə ordu quruculuğunu inkişaf etdirməyə başlamış və ordunu yavaş-yavaş silah sursatla təchiz edib. Ali Baş Komandan isə atasının başlatdığı yolu özünə əsas tutaraq, 1991-ci ildə pərakəndə olan ordunu, illərlə gücləndirərək ən güclü ordular sırasına gətirib çıxardı”.

General həmçinin qeyd edib ki, Azərbaycan ordusu hələ 2016-cı ildə öz torpaqlarını azad etməyə qadir olduğunu nümayiş etdirib. 

“İlham Əliyev 2018 -ci ildə Bakının azad edilməsinin 100 illik il dönümü münasibətilə keçirilən parad zamanı  dediyi “Bir gün işğal olunmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq” sözləri 2 ildən sonra öz təsdiqini tapdı. Nəticədə Vətən müharibəsinin sonunda Ermənistan ordusunun 80 %-i məhv edildi. Ölkə iflasa uğradı və onların ordu quruculuğu ancaq 10-15 ilə bərpa olunacaq vəziyyətə gəldi. Bununla da Azərbaycan ordusu Qafqazın ən güclü ordusuna malikliyini və regionda ən güclü dövlət olduğunu göstərdi”.

Sonda Yücel Karauz şəhidlərin ruhu qarşısında heç vaxt ödənilə bilinməyəcək bir borcumuzun olduğunu da qeyd edib.

“Çox təəssüf olsun ki, qələbə asanlıqla başa gəlmir, 3000 şəhidin hər birinin ruhu qarşısında baş əyirik. Bu gün biz istiqlaliyyətimizi şəhidlərimizə borcluyuq. Təkcə Azərbaycanın deyil, 83 milyonluq Anadolu Xalqının adından bütün türk dünyasınn zəfərini bizə bəxş etdiyi üçün onlara minnətdarıq. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

Göygöldə ağır qəza: Yeniyetmə yaralandı

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Arzu Əliyeva Arif Paşayevin doğum günü ilə bağlı paylaşım etdi

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

Aysun: “Məndə bayağı mahnı yoxdur” - VİDEO

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

83 yaşında qatil oldu: Yatmış arvadının boğazını kəsdi

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Kişi adi bilet aldı, amma təyyarədə yeganə sərnişin oldu - VİDEO

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Leyla Əliyevadan babasına AD GÜNÜ təbriki

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Gəncədə kuryer qəza törətdi - Xəsarət alan var

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

Vuçiç: “Zirədən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir”

33 yaşlı kişi dəm qazından boğuldu

33 yaşlı kişi dəm qazından boğuldu

End of content

No more pages to load

RADİO