Xəbər verdiyimiz kimi, bu gün Anım Günü ilə bağlı Bakıda keçirilən yürüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bir yaşlı qız uşağının plakatını daşıyıb.
Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, həmin bir yaşlı qız Narın Teymur qızı Xaliqova ötən il oktyabrın 17-də Ermənistandan atılan raket hücumu nəticəsində Gəncədə dünyasını dəyişib.
Atışma nəticəsində kiçik Narın ailəsinin daha 4 üzvü ölüb. Plakatda qız gülümsəyir. Onun son mənzilə salınan zaman əmisi tərəfindən qucaqlaması hər kəsi ağladıb.
Bizim.Media