Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov Türk Şurasının baş katibi Bagdad Əmriyevlə görüşüb. Fərid Qayıbov həmçinin İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib.
Bizim.Media xəbər verir ki, Görüşdə Özbəkistanda keçirilən Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə edilib.
Gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsini qeyd edən nazir, birgə layihələrin hazırlanması və icrasının önəmini qeyd edib.
Görüşdə Türk Şurası baş katibinin müavini Gismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər.
Bizim.Media