Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrin xəritəsində 10 ay sonra ilk dəfə böyük və ciddi dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi qondarma "DQR" və ya keçmiş "DQMV" sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silib və tamamilə Azərbaycan ərazisi kimi göstərib.
Xəritədə artıq yalnız Azərbaycan-Ermənistan sərhədləri və Azərbaycanın tərkibində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının xidmət bölgələri göstərilir.
Bizim.Media
