Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri birgə komissiyanın tərkibə əlavə edilib.
Xarici İşlər Nazirliyinə Azərbaycanla Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
Bizim.Media