Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bizim.Media-nın xəbərinə görə, dəyişiklikliyə əsasən, fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” genişləndirilib.
Siyahıya əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi və mediasiya xidmətlərinin təşkili əlavə edilib.
Bizim.Media