Ərdəbil imamının hədələdiyi azərbaycanlı deputat kimdir? - ARAŞDIRMA

Ərdəbil imamı, İranlı Ayətullah Seyid Həsən Amili cümə xütbəsi zamanı İranı tənqid edən azərbaycanlı deputatı hədələyib. O, bildirib ki, guya adını çəkmədiyi millət vəkili Türkiyənin “Yeni Şəfəq” qəzetinə müsahibəsi zamanı deyib ki, “İranı nəşə məhv edəcək”. Bununla da yetinməyən Ayətullah İrananın Xüsusi Təyinat xidməti olan “Sepah” ilə həmin millət vəkilini ölümlə də hədələyib.

Fazil Mustafa yoxsa, Asim Mollazadə...

Bizim.Media məsələ ilə bağlı araşdırma aparıb. Araşdırmamız nəticəsində ehtimallarımızı iki millət vəkili üzərində saxladıq – Millət vəkilləri Asim Mollazadə və Fazil Mustafa.
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycan sərhədinə qoşun yeritdi – VİDEO


Hər zaman İran dövlətinin erməni sevgisini, oynadığı ikibaşlı oyunları tənqid edən millət vəkili Asim Mollazadə Bizim.Media-ya açıqlaması zamanı qeyd edib ki, İran imamının Azərbaycana qarşı etdiyi təhdidi normal və təbii hesab edir:

“Çünki həmin o mollalar Ermənistanla “Bir millət, iki dövlət” olduqlarını bəyan edirdilər. Təbii ki, məscidləri dağıdılmış, müsəlmanları qətlə yetirmiş qüvvələrə dəstək verməkləri bu insanların mahiyyəti barədə bütün islam dünyasına çox ciddi bir siqnaldır”.


Lakin Asim Mollazadə Amilinin hədələdiyi deputatın özünün olmadığına əmindir.

“Mən əminəm ki, o deputat mən deyiləm. Çünki mən heç vaxt İranda olan narkotiklər barəsində açıqlama verməmişəm. Mənim tənqidim yalnız siyasi olub”, - deyə millət vəkili fikrini tamamlayıb.

“Bizi həmişə şantaj edirlər də...”

Xameneinin Ərdəbil nümayəndəsi hədələdiyi ehtimal olunan digər millət vəkili Fazil Mustafa isə bu mövzuda  həmkarından fərqli düşünür. Çünki o, dəfələrlə İran tərəfindən və onların Azərbaycandakı nümayəndələrindən təhdid aldığını qeyd edib.


“Onsuz da hər gün İran vasitəsilə ora bağlı qüvvələr tərəfindən əleyhimizə kifayət qədər təhqiredici kampaniyalar aparılır. Maraqlıdır ki, bu təşviqatda onlar tək deyillər, onlarla birgə Xalq Cəbhəsinin qalıqlarından bir qismi də bizə qarşı eyni platformadan çıxış edirlər”. 

Deputat Ərdəbil imamının nitqində dəqiq onu nəzərdə tutub tutmadığı barədə dəqiq məlumat verə bilməyəcəyini desə də...

“Yeni Şəfəq”ə verdiyim açıqlamalarım nəzərdə tutulursa...

“Ola bilər Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi “Yeni Şəfəq”ə verdiyim açıqlamalarımı nəzərdə tutur. Düzdür, mən hər zaman müsahibələrimdə, açıqlamalarımda Azərbaycana narkotik vasitələrin İran tərəfindən ötürüldüyünü demişəm. Amma konkret olaraq onun qeyd etdiyi frazanın müəllifi mən deyiləm. Ancaq bütün bunlara baxmayaraq biz istər şir, istər tülkü olsun onların qarşısında dövlətçiliyimizi sona qədər qətiyyətlə qoruyacağıq. Bu işdə ünvanımıza səslənən bu cür ifadələr bizi narahat etmir. Çünki bu birinci dəfə deyil. Bizi ancaq narahat edən məsələ xeyli başı boş, danabaş soydaşlarımızın bu xətdə durub, öz dövlətinə və millətinə qarşı düşmən mövqeyində olmasıdır, üzücü olan budur”. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO


Azərbaycanlılardan Azərbaycana qarşı istifadə edirlər

Sonda isə Fazil Mustafa qeyd edib ki, İranda Azərbaycana qarşı olan qüvvələrin xeyli hissəsi azərbaycanlıdırlar.

“Çünki onlar həmin soydaşlarımızın içindən ən savadsızlarını tapıb Azərbaycana əleyhinə yönləndirə bilirlər. Görünür bizdə professor adını payladıqları kimi, orada da ayətullah titulunu elə paylayırlar. Amilinin o cür boş sözləri Azərbaycan üçün heç bir təhdid ola bilməz! Sadəcə, mənə maraqlıdır bunlar niyə belə narahatdırlar?”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

End of content

No more pages to load

RADİO