Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Veteranlar Günü" münasibətilə keçirilən tədbirdə iştirak edib.
Bizim.Media xəbər verir ki, türk nazir çıxışında Azərbaycan və Liviyada keçirilən hərbi təlimlər mövzusuna da toxunub.
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır. Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir".
Nazir azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini də vurğulayıb.
Bizim.Media