Dövlət Komitəsinin sədri ABŞ-da Yuta Senatının prezidenti ilə görüşdü – FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq mühitinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasında milli-mənəvi dəyərlərin qorunması və müxtəlif dinlərə mənsub insanların birgə, sülh şəraitində yaşamasını təmin etmək məqsədi dayanır. Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modelinin formalaşdığını qeyd edib.

Vurğulayıb ki, Azərbaycanda bütün konfessiyaların, o cümlədən xristian dini icmalarının azad və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb.

Bunun bariz nümunəsi kimi İsa Məsihin Sonuncu Gün Müqqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatı, dövlətin dinlərarası tolerantlıq və bərabər münasibət prinsipinə sadiqliyinin praktik təzahürüdür. Komitə sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı təmasların əhəmiyyətini vurğulayaraq, Senat prezidentini Azərbaycana səfərə dəvət edib.
 

Səfər dəvətini minnətdarlıqla qəbul edən Adam Stüart əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdəki multikultural dəyərlərin və dinlərarası harmoniyanın təqdirəlayiq olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və dinlərarası həmrəylik mühitinin qorunmasına mühüm töhfələr verdiyini qeyd edib.


O, Azərbaycan cəmiyyətində dini dözümlülük və mədəni müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan - ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Yuta Ştatının senatorları Kirk Kollimor, Mayk Makkel də iştirak ediblər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

End of content

No more pages to load

RADİO