Paşinyanın “konstruktivliyi” - Sülh prosesi harada dalana dirənib?

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də parlamentdə təşkil olunan “Hökümət saatı” çərçivəsində çıxış edib. O, öz çıxışı zamanı Ermənistanla sərhəddə yerləşən Eyvazlı və Çəmənzəmi kəndlərinin adlarını Azərbaycan dilində səsləndirməsinə aydınlıq gətirib. Baş nazir bu kəndlərin Azərbaycana məxsus olduğunu etiraf edib və Ermənistan tərəfindən də 2010-cu ildə de-yure olaraq tanındığını əlavə edib.

Paşinyanın Ermənistanla Azərbaycan arasında sərhəd anlaşmazlıqlarının davam etdiyi bir dövrdə bu cür açıqlamalar verməsi bəzi analitiklərin fikrincə, konstruktiv mövqe kimi qiymətləndirilə bilər. Bu Ermənistan rəhbərliyinin Azərbaycana qarşı mövqeyinin yumşalması və sülh müqaviləsi istiqamətində konkret addımların atılacağı ilə bağlı ümidləri gücləndirir. Lakin proseslərdə Ermənistan tərəfinin ziddiyyətli açıqlamaları öz növbəsində müəmmalı məqamlar doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycana şərt qoydu: “Qarabağın statusu” həll edilməyincə... - VİDEO


Ermənistan sərhədlərin müəyyənləşməsi prosesində destruktiv mövqe nümayiş etdirməyin faydasız olduğunu başa düşür.

Çünki Azərbaycan və Ermənistan arasında münaqişənin sona çatması mübahisəli ərazilərlə bağlı problemlərin həll olunmasını şərtləndirir. 10 noyabr sülh sazişindən sonra hər iki ölkə arasında mübahisəli ərazi problemlərin həll edilməsi və dövlət sərhədlərinin müəyyənləşməsi prosesi həyata keçirilir. Ermənistanın bu prosesə əngəl olması isə daha çox öz ziyanına ola və Azərbaycanın Ermənistanı işğalçı dövlət kimi göstərməsi üçün yeni münaqişə nöqtələrinin yaranması ilə nəticələnə bilər.
 

Bu səbəblə sərhədlərin müəyyən olunması prosesində Ermənistanın konstruktiv mövqe sərgiləməsi “yumşalmadan” daha çox “zərurət” kimi xarakterizə edilməlidir. 


Ermənistan üçün əsas müzakirə mövzuları Qarabağın “statusu” və Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələlərdə isə Ermənistan rəhbərliyi hələ ki, geri addım atmağı düşünmür.

Ermənistan üçün Qarabağın “statusu” məsələsi və Zəngəzur dəhlizi məsələsinə cavab kimi nəzərdən keçirilir. Məhz bu iki məsələ Ermənistanın prinsipial olduğu əsas mövzulardır. Əgər Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərin inkişafı istiqamətində hər hansı addım atmaq istəyirsə, bu mövzularda güzəştə getməlidir. Əks halda Ermənistanın radikal mövqeyində “yumşalmadan” söhbət gedə bilməz. Təəssüf ki, hələ ki, erməni tərəfindən bu istiqamətdə müsbət impulslar müşahidə olunmur.

Ermənistan sərhədlərin müəyyənləşməsi prosesində geri addım atmaqla, “status” və “dəhliz” məsələlərində beynəlxalq səviyyədəki dəstəyini artırmağı hədəfləyir.
 

Müharibədən sonra Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar, Qərbin və Rusiyanın birbaşa dəstəyi Ermənistanda tam kapitulyasiyadan xilas olmaqla bağlı ümidlər formalaşdırıb.


Bu ümidlərin və dəstəyin fonunda Ermənistan rəhbərliyi sülh sazişindən irəli gələn dəhlizin açılması şərtinin yerinə yetirilməsini yubatmağa və sazişdə nəzərdə tutulmayan “status” məsələsini gündəmə gətirməyə çalışır. Ermənistan rəhbərliyi mükün olduğu qədər 10 noyabr sazişinin məzmunundakı qeyri-müəyyənliklərdən istifadə etməyə çalışır. Çünki bu qeyri-müəyyənliklər Ermənistanın sülh sazişini pozmaq riskindən xilas etmiş olur.

Müşahidələr göstərir ki, indiki halda Ermənistan öz mənafeyinə uyğun şərtlər daxilində sülh prosesinin inkişaf etdirilməsində maraqlıdır. Əgər prosesdə hər hansı formada sürətlənmə və ya yenilik olacaqsa, bu ancaq Ermənistanın “dəhliz” və “status” məsələsində güzəştlərə razı olduğu təqdirdə baş tuta bilər.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

End of content

No more pages to load

RADİO