Ceyhun Bayramov Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

C.Bayramov Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanın Dünya Bankı ilə olan əlaqələrindən məmnunluqla bəhs edərək ölkəmizin bu əməkdaşlığa yüksək önəm verdiyini bildirib. Azərbaycanla Dünya Bankı arasında, qeyri-neft sektoru, özəl sektor, alternativ enerji, rəqəmsal inkişaf və digər sahələrdə mövcud olan əməkdaşlıq xüsusi ilə qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavinini QƏBUL ETDİ - FOTO


C.Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən, ağıllı şəhər və kənd, yaşıl enerji, müasir infrastruktur layihələrinin icrası barədə ətraflı məlumat verib.

O, həmçinin imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, bölgədə bütün kommunikasiya xətlərinin, tranzit yollarının açılışının yalnız iki ölkə deyil, bütün bölgənin gələcək inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sara Maykl, növbəti il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını bildirərək, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib.
 

O, Azərbaycanın ölkə və ümumilikdə bölgənin inkişafı üzrə böyük vizyonunu bundan sonra da dəstəkləməyə davam edəcəklərini vurğulayıb.


Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesinə gəldikdə, ölkə meneceri Sara Maykl aidiyyəti üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.

Görüşdə tərəflər, həmçinin əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

End of content

No more pages to load

RADİO